Əsas məzmuna keç

“CROCUS”-A HÜCUMDA ŞƏRİK OLMAQDA TƏQSİRLƏNDİRİLƏN TERROR AKTININ HAZIRLANMASINDAN XƏBƏRSİZ OLDUĞUNU BİLDİRİB

“Crocus City Hall” konsert zalına hücumda şərik olmaqda ittiham olunan İsrail İslamovun gözlənilən terror aktından xəbəri olmayıb.

Tezadlar.az bildirir ki, bu barədə onun vəkili Zalina Yesenova məlumat verib.

“İslamovun mövqeyi belədir: o, təqsirini boynuna almır və iddia edir ki, terror aktını törədən dörd nəfərin bu aksiyanı hazırlamasından xəbəri olmayıb”, – o, başqa şərh verməkdən imtina edib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…