Əsas məzmuna keç

DƏRMAN VASİTƏLƏRİ VƏ SİQARETLƏRİN GÖMRÜK SƏRHƏDİNDƏN QANUNSUZ YOLLA KEÇİRİLMƏSİNİN QARŞISI ALINIB

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları  xeyli miqdarda dərman vasitələri və siqaretlərin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsi, Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında İstanbul – Bakı aviareysi  ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl və baqaj yüklərinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı həmin şəxsə məxsus baqaj çantasından gömrük orqanlarına bəyan edilməyən 5 adda 780 ədəd dərman vasitəsi, 1200 ədəd  siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…