Əsas məzmuna keç

DAF İcraiyyə Komitəsi üzvləri və Azərbaycan nümayəndəliyi istefa verib

Dünya Alpaqut Federasiyasının (DAF) İcraiyyə Komitəsinin üzvləri və Azərbaycan nümayəndəliyinin rəhbər şəxsləri tutduqları vəzifələrdən istefa veriblər.

Bu barədə Tezadlar.az-a federasiyadan məlumat verilib.

İstefa edənlər:
• DAF Prezidenti – Jalə Əhmədova
• 1-ci vitse-prezident – Könül Nurullayeva
• Vitse-prezident – Anar Qurbanov
• İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri – Firuzə İskəndərova
• Katibliyin rəhbəri – Tünzalə Əzimova

Azərbaycan nümayəndəliyində istefa qərarı verənlər:
• Prezident – Fuad Quliyev
• 1-ci vitse-prezident – Mehman Səfərov
• Vitse-prezident – Davud Davudov
• Könüllülərlə iş departamentinin rəhbəri – Jalə Məmmədova

İstefaların əsas səbəbi Federasiyanın idarə olunması və inkişaf strategiyası ilə bağlı İcraiyyə Komitəsi və İdarə Heyəti arasında yaranmış ciddi fikir ayrılıqlarıdır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…