Azərbaycanın Əməkdar artisti Dilarə Əliyeva sosial media hesabında maraqlı paylaşım edib.
Tezadlar.az xəbər verir ki, aktrisa Şamaxıda keçirilən Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalında Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin qohumlarının da iştirak etdiyini bildirib.
O, birlikdə çəkilən videolarını yayımlayaraq onların Suriyadan gəldiyini vurğulayıb:
“Nəsimi festivalında qonaq olan Nəsiminin şəcərəsi, qohumları ilə tanış olmaq çox qürurverici idi. Ümumiyyətlə, Nəsimi festivalı möhtəşəm təşkil edilmişdi. Əməyi keçən hər kəsə təşəkkür edirəm!”.







