Əsas məzmuna keç

Dardanel boğazında gəmilərin hərəkəti dayandırıldı

Türkiyənin Dardanel boğazında gəmilərin hər iki istiqamətdə hərəkəti yanğınlar səbəbindən dayandırılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyinin Dəniz Məsələləri Departamenti məlumat yayıb.

“Çanaqqala vilayətində baş verən yanğınlar səbəbindən Dardaneldə gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb”, – məlumatda bildirilib.

IHA agentliyinin məlumatına görə, yanğınlardan biri Sarıcaeli yaşayış məntəqəsi yaxınlığında baş verib. Güclü küləyin təsiri ilə alov sürətlə geniş əraziyə, o cümlədən kənd təsərrüfatı torpaqlarına yayılıb və yaşayış məntəqəsinə yaxınlaşıb.

Dardanel boğazı Egey dənizini Mərmərə dənizi ilə və Bosfor vasitəsilə Qara dənizlə birləşdirir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…