Əsas məzmuna keç

DAXİLİ İŞLƏR NAZİRLİYİNİN KOLLEKTİVİ ZƏFƏR PARKINI ZİYARƏT EDİB

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkına gələrək 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, xatirə daşının önünə gül dəstələri qoyublar.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…