25 Noyabr 2025 / 17:14

Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və gənclərin sıra baxışını keçirəcək

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov 1 dekabr 2025-ci ildə Gəncə şəhərində növbəti vətəndaş qəbulu, həmçinin polis orqanları və Daxili Qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışını keçirəcək.
Tezadlar.az   xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin məlumatında deyilir.
 Vətəndaş qəbulu:
 1 dekabr 2025
 Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binası
 Gəncə, Goranboy, Naftalan, Göygöl, Samux, Kəlbəcər və Xocalı sakinləri iştirak edə bilər.
 Qəbula yazılmaq üçün:
 Yaşadığınız ərazinin polis orqanına müraciət edin  və ya DİN-in rəsmi saytı: mia.gov.az 
 – həmçinin Nazirliyin sosial şəbəkə hesabları vasitəsilə.
Sıra baxışı:
 1 dekabr, saat 08:00
 Gəncə Olimpiya İdman Kompleksi
 Polis və Daxili Qoşunlarda xidmət etmək istəyən namizədlər iştirak edə bilər.
 Qeyd: Qəbula və sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsi ilə təqdim olunmalıdır.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!