Əsas məzmuna keç

DEKABRDA 113 DÖVLƏT ƏMLAKI HƏRRACA ÇIXARILACAQ

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 4-də keçiriləcək hərraca “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 1 bağ evi, 6 fərdi yaşayış evi, 9 torpaq sahəsi və 34 qeyri-yaşayış sahəsini çıxarıb.

Dövlət Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, dekabrın 17-də keçiriləcək hərraca buraxılış tarixləri 2005-2016-cı illəri əhatə edən 63 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH  linki vasitəsilə tanış olmaq olar.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…