Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 İyul 2026 / 13:57

DƏLƏDUZLUGUN YENİ FORMASI

DƏLƏDUZLUGUN YENİ FORMASI
(“S.O.S” silsiləsindən)
…Dünya, cəmiyyət inkişaf etdikcə, dələduzluq da inkişaf edir, irəli gedir. Adamin ağlına gəlməyən formalar və metodlar kəşv edir. Təsəvvür edin ki, adam belə bir status yazır, Feyzbukda rastına çıxan bütîn saytlarda, hətta “Qaxlilar burada” saytında da paylaşır:
“Salam, çox üzr istəyirəm belə bir status yazıram. Çox duaçınız olaram sizin vallah. Mənim şalvar və köynəyim pis vəziyyətdədir. İşe başlamışam üç gündür, ofisiant işləyirəm, amma maaş aylıq verilir. Utanıram ki, müştərilər üzümə vurar, biabir olaram deyə. Tanıdıqlarınızdan kimdəsə belə bir imkan olar bəlkə? İstifadə etmədiyi şalvar varsa əgər? Vallah pul istəmirəm sadəcə bir dəst paltara, şalvara ehtiyacım var. Whatsappa da yaza bilərsiniz… Telefon – 055…”
Mən indi Qaxdayam, adamın statusunu oxudum və çox təsirləndim. Yazdım ki, sizə klassik şalvar-koynək lazimdır, ya idman stilli, boyunuz, çəkiniz nə qədərdir? Adam boyunu, çəkisini yazdı, təsadüfən mənimki ilə eyni idi. Qızımınn mənə Almaniyadan pay gətirdiyi klassik axşam dəstini (şalvar qara, köynək ağ) ayırdım. Yazdım ki, mən Qaxda Qafqaz restoranından aşağıda oluram…
Adam mənə nə cavab versə, yaxşıdır?! “Nə Qax, nə filan, mən Bakıda yaşayıram, işləyirəm. Hazır şalvar-koynək birdən əynimə gəlməz… 30-40 manat pul olsa, özüm burdan alaram”… Dostlar, siz dələduzluğun səviyyəsini təsəvvür edirsinizmi?!
Qalib ARİF
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!