Əsas məzmuna keç

Dənizdə 3 nəfər batıb: axtarışları hələ də davam edir, amma…

6 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının, 15 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun və 16 iyul 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Əmirov Rəhman Məzahim oğlunun axtarışları davam etdirilir. Tezadlar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir. Hazırda axtarışlar FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin qüvvələri tərəfindən vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz olaraq həyata keçirilir. Əlavə məlumat veriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın