Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Avqust 2025 / 18:23

Deputatdan Zelenski haqqında sərt açıqlama

Kiyevin başçısı Vladimir Zelenskinin iktidarsızlığı dünya mediasında ikrah doğurur və onun siyasətinin iflasa uğramasından danışır.

Tezadlar.az xəbər verir ki, bu barədə dövlətə xəyanətdə ittiham olunaraq istintaq təcridxanasında olan Rada deputatı Aleksandr Dubinski öz Telegram kanalında bildirib.

Deputatın fikrincə, Zelenskinin hakimiyyətinin – üsulların, alətlərin və məqsədlərin mənəvi çöküşə çatdığı və iflasa uğradığı göz qabağındadır.

“Xarici kişi obrazı ilə örtülmüş “liderin” iktidarsızlığı o qədər açıqdır ki, bu, artıq dünya mediasında nifrətlə həmsərhəddir”, – ukraynalı parlamentari öz fikirlərini bölüşüb.

Dubinski qeyd edib ki, Kiyevin başçısı xalqa xeyirdən çox zərər gətirir.

“Bu hüceyrə xərçəngə çevrilib və onun yaşaması üçün bədəndən çıxarılmalıdır. Bizim sağ qalmağımız üçün”, – Radanın deputatı fikrini yekunlaşdırıb.

Amerikalı jurnalist Seymur Herş iyul ayında mənbələrə istinadən bildirib ki, Ukrayna hakimiyyət dəyişikliyinə hazırlaşır və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujni bir neçə ay ərzində Zelenskini vəzifəsindən uzaqlaşdıra bilər.

Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Ötən ilki seçkilər ləğv edilib. O zaman hərbi vəziyyətə və ümumi səfərbərliyə istinad etdilər.

ABŞ prezidenti Donald Tramp Zelenskini “seçkisiz diktator” adlandırıb və Kiyevin başçısının reytinqinin 4%-ə düşdüyünü bildirib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!