1 İyul 2026 / 21:54

“Dərdimi heç kimə danışmıram”

Türkiyəli müğənni və aparıcı Seda Sayan səmimi açıqlamaları ilə yenidən gündəmə gəlib.

Tezadlar.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, uzun illərdir insanların problemlərini dinlədiyini deyən sənətçi, “Dərd anası olmuşam”, sözləri ilə diqqət çəkib.

O bildirib ki, hər kəs ona dərdini danışsa da, özü problemlərini demək olar ki, heç kimlə bölüşmür.

 

“İllərdir insanların dərdini dinləyirəm, amma mən öz dərdimi heç kimə danışmıram”, – Sayan etiraf edib.

Sənətçi həyatında dərdlərini bölüşdüyü yeganə şəxsin Safiyə adlı yaxın dostu olduğunu vurğulayıb.

“Bilirsiniz mən dərdimi kimə danışıram? Safiyəyə. Hər kəsin həyatında bir Safiyəsi var”, – o əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!