DƏRDLƏRİMDƏN…. -Vahid Əziz – 80

Tezadlar.az təqdim edir:
DƏRDLƏRİMDƏN….
Xeyli dərdlərim var məni yandıran;
Vallah-əlİdən düşdüm, Vallah yazığam,
çalışdım qanmaza nəsə qandıram,
özüm adamlıqdan az qaldı çıxam.
Sağlam əqidəynən, təmiz ürəknən
yadlar qarşıladım duznan- çörəknən,
viranə mülkləri abad edərkən
özüm öz evimi az qaldı yıxam,
Hər cürəm; şənlənir, itib- batıram,
dərdlərdən içimdə ocaq çatıram,
bəzən səksəkəylə gedib yatıram-
çünkü, inanmıram səhərə çıxam.
Ömrün gülşənində gəzən arıyam,
çiçək anlayanam, gül tanıyanam,
mən uca Tanrının kərguzarıyam;
həyat- tamaşadır, gəlmişəm baxam…
21.05.2023
Vahid Əziz,
Xalq şairi
Xəbəri paylaş

Xəbər lenti

  • Bu gün heç bir post paylaşılmayıb.