Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Omanda hər il keçirilən dəvə gözəllik müsabiqəsində qalmaqal yaşanıb: 20 iştirakçı dəvə botoks istifadə etdiyi üçün yarışdan kənarlaşdırılıb.
Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, yarış zamanı mütəxəssislər yoxlama apararkən məlum olub ki, yarışdan əvvəl dəvələrə xarici görkəmi yaxşılaşdırmaq üçün qadağan olunmuş kosmetik prosedurlar tətbiq edilib.
Dəvə gözəllik müsabiqələri Körfəz ölkələrində böyük mədəni əhəmiyyət kəsb edir və milyardlarla dollar dəyərində mükafatlar uğrunda mübarizə aparan minlərlə heyvanı toplayır. Şanslarını artırmaq istəyən bəzi yetişdiricilər, heyvanların dodaqlarını, burunlarını və çənələrini böyütmək üçün botoks inyeksiyaları istifadə ediblər, həmçinin onlara silikonu belinə yeridib və əzələ kütləsini artırmaq üçün hormonlar tətbiq ediblər.
Oman “Dəvə klub”unun təşkilatçıları bildirib ki, onlar bütün saxtakarlıq və aldatmaların qarşısını almağa qərarlıdırlar və pozuntulara qarşı ciddi cəzalar tətbiq edəcəklərini vəd ediblər.