Əsas məzmuna keç

DGK yanında İctimai Şuraya yeni simalar daxil oldu

trend customs committee building

Bu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.

Tezadlar.az xəbər verir ki, komitəyə istinadən xəbər verir ki, 155 vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 117-sinin səs verdiyi prosesdə qanunvericiliyə uyğun olaraq 14 namizəddən 7-si səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplayaraq Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzv seçilib:

1. Nuriyev Zakir Əlibala oğlu – Azərbaycan Banklar Assosiasiyası

2. Atakişiyev Ruslan Bahyəddin oğlu – “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyi

3. Xəlilov Vüsal İbrahim oğlu – “Türkiyə-Azərbaycan iş adamları və sənayeçiləri” İctimai Birliyi

4. Alxasov Cavanşir Ağasəlim oğlu – Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi

5. Əhmədov Əli Zülfiqar oğlu – Media subyekti, “Fed.az” MMC

6. Nuriyeva Şəbnəm Cümşüd qızı – Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, müəllim, fəlsəfə doktoru

7. Cəfərov Eldəniz Şükür oğlu – Media subyekti, ekspert

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…