Əsas məzmuna keç

DİM: Dövlət sifarişli yerlərdə boşluq qalmayıb

Avqustun 28-dən sentyabrın 2-dək ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

“Tezadlar” xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və “Abituriyent” 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…