Əsas məzmuna keç

“DİM öz maddi maraqlarına görə abituriyentlərin hüququnu tapdayır” – Təhsil mütəxəssisi

DİM deyir ki, bu il I qruplarda I cəhddə informatikanı ayrı vermək mumkun olmayacaq. Niyə? Çünki abituriyentlər məcbur olub 2-ci cəhd imtahanında iştirak etsinlər, xidmət haqqı ödəsinlər.

TEZADLAR.AZ  xəbər verir ki, bu fikri tanınmış təhsil mütəxəssisi Kamran Əsədov bildirib.
“Əvvəlki illərdə abituriyentlərin böyük əksəriyyəti elə birinci cəhddə hər iki alt qrupu seçməklə qəbul imtahanı ilə işlərini bitirirdilər.
III ixtisas qrupuna yaradılan şərait niyə I ixtisas qrupuna yaradılmır? Çünki 2 ci cəhddə I ixtisas qrupuna az abituriyent gedirdi.
Bəli, Dövlət İmtahan Mərkəzi öz maddi maraqlarına görə abituriyentlərin hüququnu tapdayır”, -deyə Kamran Əsədov vurğulayıb.
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…