DİQQƏT: İyunun 10-da vətəndaşların bank hesablarından 3622 manat çırpışdırılıb…

İyunun 10-da vətəndaşların bank hesablarından 1141 AZN, 500 AZN, 400 AZN, 336 AZN, 132 AZN və 1113 ABŞ dolları oğurlanıb.
Tezadlar.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirlik  bir daha vətəndaşları diqqətli olmağa, naməlum nömrələrdən gələn zəng və mesajlara cavab verməməyə, bank kartı məlumatlarını (CVV/CVC, bitmə tarixi, OTP kodları) paylaşmamağa səsləyib.
“Unutmayın ki, bu məlumatlar vasitəsilə adınıza kreditlər götürülə, hesablarınızdakı pullar oğurlana bilər. Şübhəli zəng və ya mesaj aldıqda — Əlaqəni kəsin, Nömrəni bloklayın, Dərhal polisə və bankınıza məlumat verin”, – deyə məlumatda qeyd edilir.
Xəbəri paylaş

17 İyul