Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp Konqresdəki respublikaçıları Müdafiə Nazirliyi üçün 350 milyard dollarlıq əlavə hərbi büdcə qanun layihəsini dərhal təqdim etməyə və təsdiqləməyə çağırıb.
O, bunu sosial media platforması TruthSocial-da yazıb.
Trampın sözlərinə görə, ABŞ-ın ümumi hərbi büdcəsini 1,5 trilyon dollara çatdırmaq üçün Recon 3.0-nu qəbul edilməsi zəruridir.
Vəsait silahlı qüvvələrin modernləşdirilməsinə istifadə olunacaq. Xüsusilə, maliyyələşdirmə “Qızıl günbəz” raketdən müdafiə qalxanının yaradılmasına və “Qızıl donanma” layihəsinin inkişafına yönəldiləcək. Büdcə həmçinin sursat ehtiyatlarının doldurulması və
F-47 qırıcılarının, B-21 bombardmançılarının və pilotsuz uçuş aparatlarının istehsalını artırmaq üçün də lazımdır.
Bundan əlavə, qanun layihəsinə “Amerikanı Xilas Et Aktı” (The Save America Act) da daxildir.
Səsvermə hüquqları sahəsində təşəbbüs məcburi fotoşəkilli şəxsiyyət vəsiqəsi, seçkilər üçün vətəndaşlıq sübutu və poçtla səsverməyə məhdudiyyətlər tələb edir.
JASMİN