Əsas məzmuna keç

DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ RUS PRAVOSLAV KİLSƏSİNİN BAKI VƏ AZƏRBAYCAN YEPARXİYASININ FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda yerləşən “Müqəddəs Jen-Mironosits” rus pravoslav kafedral kilsəsini ziyarət edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Bakı və Azərbaycan yepiskopu Aleksiy ilə görüşdə Ramin Məmmədov din xadiminə yeni fəaliyyətində uğurlar arzu edib. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənənin davamı olaraq ölkəmizdə dini konfessiyalara göstərilən yüksək diqqət və qayğıdan, onların mənəvi irslərinin qorunması sahəsində görülən işlərdən, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasətdən bəhs edib. Bakı və Azərbaycan yepiskopu Aleksiy Azərbaycanın dinlərarası dialoqun təşviqi, tolerantlığın, multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu vurğulayıb.

d

Görüşdə əməkdaşlıq məsələləri və onun inkişaf perspektivləri barədə ətraflı müzakirələr aparılıb.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…