Əsas məzmuna keç

“DÖVLƏT PROQRAMINDA TİBB TƏHSİLİ YOXDUR, AMMA… “

2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil

almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda tibb təhsili yoxdur, amma ictimai səhiyyə ixtisası var. 

 Bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil masası”nda deyib. (azedu)

 O bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramında üstünlük magistratura pilləsinə verilir, tibb təhsilində isə magistratura pilləsi yoxdur:

 “Tibb təhsilinin uzunmüddətli olması, bəzi ölkələrdə bunun kifayət qədər bahalı olması qoyulan investisiyanın geri qaytarılması nöqteyi-nəzərindən də ciddi problemlər yarada bilir. Bununla bağlı böyük ehtimalla bu yaxınlarda elan edəcəyimiz ayrıca bir layihəmiz olacaq”. 

TEZADLAR.AZ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…