Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dövlət universitetlərində ali təhsilin tələbələr üçün tam pulsuz olacağını açıqlayıb. 24News.ge xəbər verir ki, baş nazirin sözlərinə görə, yeni sistemdə tələbələrin motivasiyasını qorumaq məqsədilə müəyyən mexanizmlər nəzərdə tutulub. Kobaxidze bildirib ki, əgər tələbə bir semestr ərzində iki fəndən keçə bilməzsə, bu, onun tədris prosesində kifayət qədər fəal iştirak etmədiyini göstərir. Bu halda üçüncü semestrdən etibarən dövlət maliyyələşməsinin azaldılması tətbiq olunacaq. Baş nazir vurğulayıb ki, tətbiq edilən bu mexanizmlərin əsas məqsədi tələbələrin təhsil prosesinə daha məsuliyyətli yanaşmasını və motivasiyasını artırmaqdır.
Azərbaycanda da oxşar layihələr həyata keçirilir.
Səbuhi