Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 24-ü və 25-də ölkə miqyasında elektrik enerjisinin təminatında baş verən kütləvi və qəza mənşəli kəsintilərlə bağlı cinayət işi açıb. Tezadlar.az Gürcüstan mediasına istinadla məlumat verir ki, araşdırma Cinayət Məcəlləsinin 318-ci – “Sabotaj” maddəsi üzrə aparılır. Qurumun yaydığı rəsmi bəyanatda bildirilir ki, sənəd dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə mühüm infrastrukturların, dövlət müəssisələrinin və digər strateji obyektlərin normal fəaliyyətinə mane olma, onları zədələmə və ya məhvetmə hallarını əhatə edir.
DTX-dən verilən məlumata görə, istintaqın gedişatı və əldə olunan nəticələr barədə ictimaiyyətə mərhələli şəkildə əlavə məlumat veriləcək.