Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hazırda dünyada 3302 nəfər milyarder var ki, bu da rekord göstəricidir.
Tezadlar.az xəbər verir ki, bu barədə İsveçrənin “UBS Group AG” bankının illik hesabatında deyilir.
2025-ci ilin aprelindən 2026-cı ilin aprelinədək olan dövrü əhatə edən hesabata əsasən, son bir il ərzində dünyada milyarderlərin sayı 383 nəfər, yaxud 13,1% artıb.
“Onlardan min nəfərdən çoxu ABŞ-də, 562 nəfər Çində və 211 nəfər Hindistanda yaşayır. Ardınca müvafiq olaraq 193 və 122 milyarder ilə Almaniya və Rusiya gəlir”, – sənəddə deyilir.
Bildirilir ki, qeyd olunan milyarderlərdən yalnız 19 nəfərinin sərvəti 100 milyard dollardan çoxdur. Onlardan 15 nəfəri ABŞ-də yaşayır.