6 Noyabr 2025 / 15:35

DÜNYANIN SONUNUN NECƏ VƏ NƏ VAXT BAŞ VERƏCƏYİ AÇIQLANDI

Astronomlar hesab edirlər ki, beş milyard ildən sonra planetimiz ya Günəşin nüvəsində yanacaq, ya da cazibə qüvvələri tərəfindən parçalanacaq

Yer kürəsi məhvə məhkumdur — bu, London Universitet Kolleci və Uorvik Universitetinin alimləri tərəfindən verilən dəhşətli xəbərdarlıqdır. Onların hesablamalarına görə, təxminən beş milyard ildən sonra Günəş son hidrogen yanacağını yandıracaq, genişlənməyə başlayacaq və qırmızı nəhəngə çevriləcək ki, bu da planetimizi udub və ya məhv edə bilər.

Tezadlar.az bildirir ki, bu barədə “The Daily Mail” xəbər verir.

Tədqiqatın aparıcı müəllifi Dr. Edvard Bryant belə izah edir: “Ay Yer okeanlarını çəkərək qabarma-çəkilmələr yaratdığı kimi, planet də ulduzu (Günəşi – RED.) çəkir. Günəş genişləndikcə bu qarşılıqlı təsir güclənir — və nəticədə Yer kürəsi parçalanana və ya ulduza düşənə qədər içəri doğru spiral şəklində hərəkət edə bilər.”

“Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunmuş bir araşdırma, artıq əsas ardıcıllıqdan sonrakı mərhələyə qədəm qoymuş təxminən yarım milyon ulduzun müşahidələrinə əsaslanır. Alimlər bu qocalmış ulduzların ətrafında fırlanan 130 planet kəşf ediblər və onların əksəriyyəti zamanla məhv olub.

Ulduzların 0,28%-nin hələ də yaxınlığında böyük planetlər var. Qırmızı nəhənglər arasında bu rəqəm 0,11%-ə düşür. Bu, planetlərin ulduzlarının genişlənməsi zamanı tez bir zamanda məhv olduğunu göstərir.

Dr. Vinsent Van Uylenin sözlərinə görə, Günəş qırmızı nəhəngə çevrildikdə, əvvəlcə Merkuri və Venera udulacaq. Yer fiziki olaraq zərər görmədən qala bilər, lakin üzərindəki həyat radiasiya və istidən məhv olacaq.

“Günəşin genişlənməsi radiasiya səviyyələrini kəskin şəkildə artıracaq, okeanları buxarlandıracaq və atmosferi məhv edəcək. Yer Günəşə düşməsə belə, üzərindəki həyat yaşamayacaq”, – deyə Dr. Bryant bildirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!