Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Öz ölkəsində iş tapa bilməyib, yaxud daha yüksək qazanc əldə edə bilməyib digər ölkələrdə yaşamağa üstünlük verənlər həmişə təqib və təzyiqlərlə üz-üzə olurlar. Tezadlar.az xatırladır ki, Gürcüstan hökuməti əmək miqrantları və özünüməşğul xarici vətəndaşlar üçün əmək fəaliyyəti hüququnun verilməsi qaydasını təsdiq edən qərar qəbul edib. Belə ki, qərara baş nazir İrakli Kobaxidze imza atıb. Sənəd 20 fevral tarixində imzalanıb və 1 mart tarixindən qüvvəyə minəcək. Qərarda əmək miqrantları və özünüməşğul xarici vətəndaşlar üçün əmək fəaliyyəti hüququnun verilməsi qaydası, hüququn şərtləri, tələb olunan məlumat və sənədlər, eləcə də hüququn verilməsi prosedurları ətraflı şəkildə müəyyən edilib. Həmçinin sənəddə əmək fəaliyyəti hüququnun verilməməsi səbəbləri və hüquqa riayət edilməsinə nəzarət qaydaları da əksini tapıb. “Gürcüstanın “Əmək miqrasiyası haqqında” Qanunun 5-ci maddəsinin “e1” bəndinə əsasən, bu əlavədə bir kalendar ili ərzində əmək fəaliyyəti hüququnun verildiyi peşələr və əmək/entreprenyor fəaliyyətlərinin siyahısı, əlavə 2-ci bənddə göstərilən kvotaların miqdarı ilə müəyyən edilir.
Qərara görə illik kvotalar tətbiq olunan peşələr və əmək/entreprenyor fəaliyyətləri aşağıdakılardır: Kuryer xidməti ilə bağlı fəaliyyət – illik kvota: 0; Sərnişin daşımaları ilə bağlı fəaliyyət – illik kvota: 0; Turistlər üçün bələdçi xidmətləri – illik kvota: 0; Turistlər üçün dağ, alpin və xizək müşayiət xidmətləri – illik kvota: 200. Qeyd olunur ki, bu kvotalar qaydanın 5-ci maddəsində müəyyən edilmiş istisnalar nəzərə alınmaqla bütün hallara tətbiq edilir.
Azərbaycanda da müxtəlif xidmət sahələrində çalışan çoxsaylı miqrantlar var. Lakin hökumət onlara qarşı hələki Gürcüstandakı kimi oxşar sərt addım atmağa tələsmir.
A.Məmmədli