Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Respublikasının Gəclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyinin təşkilati dəstəyi, “Ədliyyə Könüllüləri” İctimai Birliyinin təşəbbüsü ilə ilk dəfə keçirilən “Türk Dövlətləri Təşkilatı Modeli 2026” düşərgəsinin bağlanış mərasimi baş tutub.
Tezadlar.az xəbər verir ki, Quba şəhərində təşkil olunan düşərgənin bağlanış mərasimində layihə müddətində həyata keçirilən fəaliyyətlərə yekun vurulub, iştirakçıların əldə etdikləri nəticələr və irəli sürdükləri təşəbbüslər dəyərləndirilib.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tural Gəncəliyev çıxış edərək düşərgənin türk dünyası gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, ortaq dəyərlərin təşviqi və gələcək liderlərin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinin rəisi Cahangir Hacıyev çıxış edərək layihə çərçivəsində iştirakçıların nümayiş etdirdikləri fəallığı yüksək qiymətləndirib, bu kimi təşəbbüslərin gənclərin peşəkar və şəxsi inkişafına mühüm töhfə verdiyini bildirib.
“Ədliyyə Könüllüləri” İctimai Birliyinin sədri Cavad Cavadlı çıxışında layihənin ilk dəfə keçirilməsinə baxmayaraq böyük maraqla qarşılandığını qeyd edib, düşərgənin uğurla başa çatmasında əməyi olan bütün tərəfdaşlara və iştirakçılara təşəkkürünü ifadə edib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Qoçaq İmanzadə isə çıxışında gənclərin beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının vacibliyindən danışıb, düşərgə ərzində nümayiş etdirilən təşəbbüskarlıq və komanda ruhunu xüsusi vurğulayıb.
Tədbirin davamında layihə iştirakçıları söz alaraq düşərgə ilə bağlı təəssüratlarını bölüşüb, proqram çərçivəsində qazandıqları bilik və təcrübələrdən bəhs ediblər.