Əsas məzmuna keç

Əfsanəvi məşqçinin səhhəti qəfil pisləşdi

İngiltərə Premyer Liqasında “Mançester Yunayted” və “Liverpul” arasında keçirilən oyunda həyəcanlı anlar yaşanıb.

Tezadlar.az xəbər verir ki, matçı izləmək üçün “Old Trafford” stadionuna gələn əfsanəvi sabiq məşqçi Ser Aleks Ferqyusonun qəfil halı pisləşib.

“Daily Mail” nəşrinin məlumatına görə, o, xəstəxanaya aparılıb, lakin bu addım ehtiyat tədbiri olub. Klub rəsmiləri 84 yaşlı mütəxəssisin vəziyyətinin yaxşı olduğunu açıqlayıb.

Qeyd edək ki, Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb və onun gedişindən sonra komanda hələ də Premyer Liqanı qazana bilməyib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…