Əsas məzmuna keç

“EGE Hospital”da belindən əməliyyat olunan tanınmış aktyor iflic oldu

Dövlət Akademik Musiqili Teatrın 65 yaşlı aktyoru Möylə Mirzəliyev iflic olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə KİV-də məlumat yayılıb.

Aktyorun qızı Leyla Rəhimli bildirib ki, atası fevralın 14-də “EGE Hospital”da spinal stenoz (bel kanalının daralması – red.) diaqnozu ilə əməliyyat olunub.

“Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir”, – deyə o qeyd edib.

Qeyd edək ki, ötən il Möylə Mirzəliyevin 65 illiyi səhnədə qeyd olunub. Belə ki, 2024-cü il oktyabrın 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Baladadaşın toy hamamı” komediyası Möylə Mirzəliyevin 65 illik yubileyi münasibətilə nümayiş etdirilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…