Əsas məzmuna keç

“ELEKTRİK TƏCHİZATI ŞƏBƏKƏLƏRİNƏ QOŞULMA” İŞÇİ QRUPUNUN NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏK

25 dekabr 2024-cü il tarixində saat 11:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.

Tezadlar.az xəbər verir ki, iclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin icra vəziyyətinin, həmçinin 2025-ci il üzrə Yol Xəritəsinin layihəsinin müzakirəsi nəzərdə tutulur.

Bundan əlavə, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı İntensiv Kommunikasiya Planında nəzərdə tutulan tədbirlərin icrası haqqında məlumat veriləcək və qarşıda duran çağırışlara dair müzakirələr aparılacaq.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…