12 May 2026 / 12:33

Elmar Qasımov buraxılış imtahanlarında yüksək bal toplayan gənclərlə və onların valideyləri ilə görüşüb

Bu günlərdə buraxılış imtahanlarında yüksək nəticə göstərən və Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayan Əli Əsgərov, Nəslihan Məmmədli, Bəxtiyar Həsənli, Tunar Novruzlu, İlqar Məmmədov, Ayxan Yusifli, Babək Cəbrayılzadə və onların valideynləri ilə görüşdüm.
Onlara qarşıdakı mərhələdə uğurlar arzuladım və növbəti tədris ilində BANM-in tələbələri sırasında görməkdən məmnun olacağımı bildirdim.
Tezadlar.az  xəbər verir ki, bu sözləri BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“Xüsusilə qeyd etmək istəyirəm ki, Bəxtiyarın bacısı Fatimə BANM tələbəsidir. Bəxtiyarın da BANM-də təhsil almağı arzulaması ailənin bizə etimadının və burada formalaşan təhsil mühitinə inamının göstəricisidir”, – deyə rektor vurğulayıb.

elmar q

elmar q

elmar q

elmar q

JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!