13 Aprel 2022 / 17:13

ELŞƏN CƏBRAYILOV MƏHKƏMƏ ZALINDAN AZADLIĞA BURAXILDI

Milli Məclisin sabiq deputatı, həbsxanada ölən Rafael Cəbrayılovun qardaşı Elşən Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşən Cəbrayılov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, məhkəmə istintaq orqanının təqdimatını əsassız sayıb.

Xatırladaq ki, E.Cəbrayılov aprelin 11-də vətəndaşların şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Vətəndaşlar iddia ediblər ki, E.Cəbrayılov həmin şəxslərə qarşı dələduzluq edib. Bu iddia əsasında Nərimanov RPİ-in İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!