Əsas məzmuna keç

Emin Əmrullayevdən məzunlara gələcək ismarışı: Nazir səs gətirən çıxış etdi

Screenshot com.google.android.googlequicksearchbox edit

Elm və təhsil naziri Emin Əmrullayev Gəncədə keçirilən “Son zəng” tədbirində iştirak edib.

Nazir Məhəmməd Hadi adına 10 nömrəli orta məktəbdə keçirilən tədbirdə iştirak edib.

Nazir həmçinin sosial media paylaşımında Azərbaycan məktəblərinin bütün məzunlarını təbrik edib:

“Əziz məzunlar!

Bu gün həyatınızda yeni bir fəsil başlayır. Məktəb illəri sizə təkcə bilik deyil, həm də dəyərlər və həyatda düzgün seçim etmək bacarığı qazandırıb. Bu yolda sizə fədakarlıqla rəhbərlik edən əziz müəllimlərimizə və həm uğurlarında, həm də çətinliklərində övladlarının yanında olan hörmətli valideynlərə minnətdarlığımı bildirirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin biliklərinizdən, bacarıqlarınızdan və zəkanızdan asılıdır. Əminəm ki, seçdiyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına layiqli töhfə verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni nailiyyətlər arzulayıram!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın