Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Maliyyəçi Ceffri Epşteynin işindəki sənədlər ABŞ prezidenti Donald Trampa qarşı təcavüz ittihamını ortaya qoyur.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
Bu yaxınlarda məxfilikdən çıxarılan materiallar arasında Federal Təhqiqat Bürosunun (FTB) 2020-ci ilin oktyabr ayına aid və Trampa qarşı təcavüz ittihamını ehtiva edən sənədi də var. Sənəddə ittihamın mənbəyi göstərilmir, çünki adlar və digər şəxsiyyəti müəyyən edən məlumatlar silinib.
Sənəddə adı gizli saxlanılan limuzin sürücüsünün 1995-ci ildə Trampı hava limanına apararkən onunla bağlı “çox narahatedici” telefon danışığını təsvir etdiyi qeyd olunur. Sənədə görə, Tramp söhbət zamanı dəfələrlə “Ceffri” adını çəkib və “hansısa qıza təcavüz etməkdən” bəhs edib.
Sənəddə həmçinin adı açıqlanmayan bir şəxsin Trampa istinad edərək “ona təcavüz etdiyini” və “Donald Trampın onu Ceffri Epşteynlə birlikdə təcavüz etdiyini” iddia etdiyi bildirilir.
Daha əvvəl ABŞ prezidentinin Epsteinin şəxsi təyyarəsində əvvəllər iddia etdiyindən “daha çox” uçduğu və bir dəfə onu 20 yaşlı bir qadın müşayiət etdiyi məlum olmuşdu.
E.ŞİRİNOV