11 Mart 2026 / 04:52

Əraqçi: Bazarlar tarixin ən böyük kəsiri və böhranı ilə üzləşir

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ rəsmilərinin “saxta xəbərlər yaymaqla bazarları manipulyasiya etdiyini”, lakin bu, onları hücumların “iqtisadi təsirlərindən” xilas etməyəcəyini bildirib.

Tezadlar.az xəbər verir ki, Əraqçi bu sözləri ABŞ-İsrail hücumlarının iqtisadi təsiri ilə bağlı söyləyib.

ABŞ rəsmilərinin “saxta xəbərlər yaymaqla bazarları manipulyasiya etdiyini” bildirən Əraqçi deyib: “Bu, onları Amerika xalqına tətbiq etdikləri inflyasiya sunamisindən xilas etməyəcək”.

Əraqçi əlavə edib ki, bazarlar “tarixin ən böyük kəsiri və böhranı ilə üzləşir” və “bu böhran 1973-cü il Ərəb neft embarqosu, 1979-cu il İran İslam İnqilabı və 1990-cı il İraqın Küveytə hücumunun birgə təsirlərindən daha böyükdür”.

Əraqçi bildirib ki, “İranın ABŞ və ya ABŞ qüvvələrinə qarşı qabaqlayıcı hücum və ya qabaqlayıcı zərbə endirmək niyyətində olduğu iddiası açıq-aşkar yalandır”. O, sözünə davam edərək deyib: “Bu yalanın yeganə məqsədi İsrail tərəfindən hazırlanmış və adi amerikalıların pulu ilə maliyyələşdirilən təhlükəli bir macəraçılığa – “Böyük səhv əməliyyatına” haqq qazandırmaqdır.”

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!