Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2026 / 21:17

Əraqçi Xameneinin ölümü ilə bağlı şok detalları açıqladı

Gözlənilməz fakt: İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ofisi bombalanan zaman xarici işlər naziri Abbas Əraqçi də orada olub. Bu barədə Əraqçi “Al Mayadeen”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, həmin gün Cenevrədə keçirilən danışıqlar barədə məruzəni Ali Rəhbərə təqdim etmək üçün saat 9-da orada olub. Sitat: “Dağıntıların altından çıxarkən bütün düşüncəm ona (Xameneiyə) hücum edilib-edilmədiyindən ibarət idi. Rəhbərin şəhid olma xəbəri yayılana qədər – müharibənin ilk iki günü onun başına nə gəldiyi ilə bağlı həddindən artıq narahat idim”. İran XİN rəhbəri “Xameneinin ölümünün İranın tarixində dönüş nöqtəsi olduğunu və bu nöqtənin İranın gücünü bütün dünyaya nümayiş etdirdiyini” vurğulayıb. O, yeni Ali Rəhbərin – Ayətullah Seyid Müctəba Xameneinin seçilməsinə diqqət çəkərək, “İran İslam Respublikasındakı sistemin ayrı-ayrı şəxslərdən asılı olmayacaq qədər güclü olduğunu” qeyd edib.

Xatırlatma: Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!