Əsas məzmuna keç

Ərdoğan: Fələstinin tanınması tarixi addımdır

BMT Təhlükəsizlik Şurası üzvlərinin Fələstin dövlətini tanıması tarixi addımdır.

“Təzadlar” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmerlə telefon danışığında deyib.

O həmçinin Böyük Britaniyanı Fələstin Dövlətini tanıması qərarı münasibətilə təbrik edib.

Ərdoğan bildirib ki, Fələstinə dəstək qorunmalı və İsraildəki Binyamin Netanyahu hökuməti diplomatik təzyiqdən daha təsirli tədbirlərlə dayandırılmalıdır.

Liderlər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…