Ermənilərin Bərdə terrorundan 5 il ötdü…

Azərbaycan torpaqlarının işğalına göz dikmiş Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 5 il ötür. Tezadlar.az xatırladır ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib… Və 2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb. Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu gün isə həmin əmri verənlər və 30 illik işğal cinayətlərində əli olanlar Bakıda məhkəmə qarşısına çıxarılıb…

A.Məmmədli

Xəbəri paylaş

Xəbər lenti