…Bu günlərdə Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Nağı İmanov Xocalıda mina partlayışından ciddi zərər çəkmişdir və onun sağ ayağı amputasiya edilmişdir… Deməli, hələ də torpaqlarımızda erməni təhlükəsi qalmaqdadır.
Sual olunur: erməni tör- töküntüləri Qarabağdan rədd olub gedəndə niyə onların heç biri minaya düşmədi? Deməli, onlar minalanmış ərazilərin harada olduğunu yaxşı bilirdilər. Elə isə, hazırda həbsdə olan separatçılar həmin xəritəni, yəni minaların basdırıldığı əraziləri yaxşı tanıyırlar. Əgər onlar minalanmış ərazilərin xəritəsini deməsə, onları işğaldan azad edilmiş ərazilərdə gəzdirmək lazımdır. Minaya düşməmək üçün məcbur olub minalanmış ərazilərin yerini deyəcəklər…
Elə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev də “X” hesabında Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minaların törətdiyi təhlükəyə diqqət çəkib. Tezadlar.az xəbər verir ki, paylaşımında minaları “səssiz ölüm” adlandıran H. Hacıyev bu məsələdə məsuliyyəti bilavasitə rəsmi İrəvanın daşıdığını qeyd edib: “Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir”.
Beləliklə, ermənilərin separatçılığından bir təhər canımızı qurtardıq, qalır onların basdırdığı minalar…
A.Məmmədli