Əsas məzmuna keç

Ermənistan konstitusiyasında dəyişiklik planları açıqlanıb

İrəvan Ermənistanın inkişaf planında göstərildiyi kimi yeni konstitusiya qəbul etməyi planlaşdırır.

Tezadlar.az yerli mətbuata istinadən xəbər verir ki, layihə ölkənin vahid elektron hökumət portalında dərc edilib.

Qeyd olunur ki, yeni konstitusiya layihəsi ictimai müzakirəyə təqdim ediləcək və bundan sonra hakimiyyət referendum keçirmək niyyətindədir.

Eyni planda Ermənistan hökuməti ölkənin növbəti beş il üçün xarici siyasət prioritetlərini müəyyən edib. Plana əsasən, Ermənistan Türkiyə, Avropa İttifaqı (AB) və ABŞ ilə əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana sülh müqaviləsi imzalamaq şərti qoyub. Prezident İ.Əliyev bəyan edib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarını konstitusiyadan çıxarmalıdır.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…