Əsas məzmuna keç

Ermənistan parlament seçkilərində səslərin təxminən 20%-i sayılıb

İndiyə qədər təxminən 1 milyon 225 min səsdən təxminən 239.700 səs sayılıb.

Tezadlar.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası Milli Məclis seçkilərində verilən səslərin təxminən 20%-ni emal edib.

526 seçki məntəqəsindən ümumilikdə 239.700 bülleten sayılıb. Aparıcı siyasi qüvvələr aşağıdakı nəticələri əldə ediblər:

Vətəndaş Müqaviləsi — 51,13%;

Güclü Ermənistan Bloku — 23,31%;

Ermənistan Bloku — 9,71%;

Çiçəklənən Ermənistan Partiyası — 4,11%.

Qalan partiyalar hələ 4%-lik həddi keçə bilməyib.

Səsvermədə cəmi 1.224.957 nəfər iştirak edib. Seçkilərdə on altı partiya və iki blok iştirak edir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…