Əsas məzmuna keç

Ermənistan Qazaxıstan taxılını Azərbaycanın ərazisindən daşıyacaq

Qazaxıstan taxılının ilk partiyası tezliklə Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana gətiriləcək. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. “Yaxın vaxtlarda Ermənistana Aktau-Bakı marşrutu, daha sonra isə Azərbaycan və Gürcüstan dəmir yolları ilə Qazaxıstan taxılının ilk partiyası gətiriləcək. Sülh qurulub”, – nazir qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Ermənistan Respublikası Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını alqışlayıb.

Artıq çörəyi də Azərbaycan ərazisindən göndərilir, indi nə istəyirlər?!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…