Dünən martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tezadlar.az bir daha deyir: həqiqətən də bu qondarma ölkədə kimin nə işlə məşğul olduğu bilinmir. Ermənistanın prezidenti deyir ki, Azərbaycanla sülh sajişinin bir addımlığındayıq… Baş nazir Paşinyan bəyan edir ki, Qarabağ Azərbaycan torpağıdır, bu biri tərəfdən ölkənin hərbi komandanlığı mövqelərimizi atəşə tutur. Bu isə o deməkdir ki, Ermənistanda prezident Baş naziri, ordu da hər ikisini tanımır. Yəni, sadə dildə desək, Ermənistanda it yiyəsini tanımır! Deməli, bu ölkənin bəzi struktur rəhbərlərini özünə tanıtmaq lazımdır. Bunu isə növbətk cəhddə Azərbaycan ordusu mütləq edəcək!
A.Məmmədli