Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ən yüksək fəallıq Sünik bölgəsində, ən aşağı fəallıq isə Armavirdə qeydə alınıb
Saat 14:00-a olan məlumata görə, Ermənistan parlament seçkilərində seçici fəallığı 33,84% təşkil edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının üzvü Silva Markosyan bildirib.
Markosyan qeyd edib ki, “2.503.976 vətəndaşın seçkilərdə iştirak etmək hüququ var, onlardan 847.226-sı artıq səs verib”.
Konkret olaraq, İrəvanda seçici fəallığı 33,38% (283.601 nəfər) təşkil edib.
Ermənistanın bölgələrinə gəldikdə isə, mənzərə belədir: Araqatsotn – 34,99%; Ararat – 32,81%; Armavir – 30,39%; Geğarkunik – 32,29%; Lori – 34,96%; Kotayk – 35,95%; Şirak – 31.57%; Sünik – 39.02%; Vayots Dzor – 37.81%; Tavuş – 38.87%.
Müqayisə üçün, 2021-ci ilin iyun ayında keçirilən əvvəlki seçkilərdə saat 14:00-a olan seçici fəallığı 26.82% təşkil edib.
Xatırladaq ki, bu gün – 7 iyunda Ermənistanda parlament seçkiləri keçirilir. Seçkilərdə iki blok və 16 partiya iştirak edir. Bunlar Ermənistan və Güclü Ermənistan blokları, eləcə də Vətəndaş Müqaviləsi, Çiçəklənən Ermənistan, Meritokratik Ermənistan, Hamıya Qarşı, Demokratik Konsolidasiya, Birlik Qanadları, Parlaq Ermənistan, Milli Demokrat Qütb, Xristian Demokrat Partiyası, Ermənistan Milli Konqresi, Yeni Qüvvə, Respublika, İslahatçı Partiya, Demokratiya, Qanun, Nizam, Millətin Milli Dirçəlişi və Oyanışı Koçari və Respublika Naminə Demokratiyanın Müdafiəçiləri Birliyi partiyalarıdır. Partiyalar üçün limit 4%, üç partiyaya qədər bloklar üçün 8%, dörd və ya daha çox partiyadan ibarət bloklar üçün isə 10% təşkil edir. Minimum iştirak həddi yoxdur.
E.ŞİRİNOV