Hindistan Ermənistana naməlum sayda snayper tüfəngi ixrac edib. Böyük ehtimalla daşlar ölkəsi bu silahın həm ilk, həm də son idxalçısı olacaq. Bu silaha Ermənistandan başqa heç kim maraq gostərməyib. Yəni yeni hind silahı üçün hələlik potensial müştəri yoxdur. Hind ordusu belə yerli Hindistan silahını almaq istəmir, onun taktiki və texniki xüsusiyyətlərinə dərin şübhə ilə yanaşır. Pakistan ilə son müharibədə uduzan Hindistanın özünə normal silah lazım olduğu halda ən son silahını Ermənistana ötürməsi müəyyən suallar yaradır.
Ermənistan Vətən Muharibəsinə qədər heç bir zaman silah, sursat və texnika qıtlığı ilə qarşılaşmayıb. Əvvəllər Rusiya ermənilərə dəfələrlə milyard dollar dəyərində silahı hədiyyə verirdi, erməni ordusu da bu silahların böyük bir hissəsini döyüş meydanında atıb qaçmisdı. İndi isə Ermənistan Hindistandan silah alır.
Hindistan silahı isə çəkdikləri film kimidir.
Ədalət Verdiyev,
hərbi ekspert