8 İyun 2026 / 08:30

Ermənistandakı 1878 seçki məntəqəsində səslər sayılıb

Xəbər verdiyimiz kimi, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. On altı partiya və iki blok iştirak edib.

Tezadlar.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, iyunun 8-də saat 8:00-a olan məlumata görə, Ermənistan Mərkəzi Seçki Komissiyası 2005 seçki məntəqəsindən 1878-də səsləri sayıb.

MSK-nın ilkin məlumatlarına görə, əsas rəqib siyasi qüvvələr aşağıdakı sayda səs toplayıblar:

Vətəndaş Müqaviləsi Partiyası – 50,25% (669.996);

Güclü Ermənistan Bloku – 23,31% (310.752);

Ermənistan Bloku – 9,78% (130.364);

Çiçəklənən Ermənistan Partiyası – 4,02% (53.535).

Qalan partiyalar hələ də 4% həddini keçə bilməyiblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!