…Rusiya və Ukrayna üçün müharibənin nə demək olduğunu bilmək üçün bu videonu izləməyə dəyər. Tezadlar.az xatırladır ki, Ukrayna dronları bütün rus döyüşçülərin hamısını məhv edir, biri yaralı halda sağ qalır. Dron ona yaxınlaşır, yaralı yalvarır ki, onu öldürməsin… Sonra su istəyir… Dron tezliklə döyüş meydanında atılıb qalmış yaralı hərbçiyə su, siqaret və məktub çatdırır. Yaralı havadan təxminən iki metrlikdən atılmış suyu götütürür, açanda içində məktubu görür. Qorxu içində məktubu oxuyur. Məktubda yazılır ki, qabağa get, ukraynalı hərbçilər səni xilas edəcək, qorxma öldürməyəcəklər… Sonra o drondan siqaret istəyir… Dramatik qorxu və həyacan içində suyu içib özünə gələn rus əsgəri ona çatdırılan siqareti yandırıb çəkir, özünə gəlir… Nəhayət, ukrayna döyüşçüləri onu döyüş meydanından çıxarır, xilas edirlər…
Bu video ona görə maraq doğurur ki, ermənilər bizim nəinki yaralı hərbçiləri, hətta mülki şəxsləri belə yerindəcə güllələyirdilər, ya da ağır işgəncəıər verirdilər, diri- diri odda yandırırdılar…
A.Məmmədli