Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Real Saraqosa”nın argentinalı qapıçısı Esteban Andrada rəqib oyunçu Xorxe Pulidoya yumruq vurduğuna görə 13 oyunluq sərt cəza ilə üzləşib.
Tezadlar.az-ın xarici mediaya istinadən xəbərinə görə, “Hueska” və “Real Saraqosa” arasında keçirilən derbidə ikinci sarı vərəqə ilə meydandan qovulan Andrada qərardan sonra özünü itirib. Argentinalı qapıçı rəqib oyunçu Xorxe Pulidoya yaxınlaşaraq onu yumruqlayıb.
Hadisədən sonra meydanda gərginlik artıb və oyunçular arasında qısamüddətli dava başlayıb. Andradanın hərəkətləri intizam komitəsinin sərt cəzasına səbəb olub. İntizam komitəsi Andradaya rəqibinə fiziki hücum etdiyinə görə 13 oyunluq cəza verib. Bu o deməkdir ki, o, mövsümün qalan hissəsini buraxacaq.