Evdən çıxarkən məlumat vermək təhlükəsizlikdir. Lakin təəssüf ki, bəziləri bunu etmək istəmir.
Tezadlar.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında bildirib ki, xəbərsiz evdən gedən şəxslərin daha 9 nəfərini polis taparaq aidiyyəti üzrə təhvil verib.
“Dekabrın 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib”, – deyə o qeyd edib.
Göründüyü kimi, polisə hər gün evdən xəbərsiz çıxıb getməklə bağlı onlarla müraciət daxil olur. Onların arasında ailədaxili münaqişələr səbəbindən bu addımı atanlarla yanaşı, məsuliyyətsizlikdən edənlər də çoxdur. Halbuki bu hərəkətləri ilə polisin vaxtını almamaq da olar.
JASMİN