Əsas məzmuna keç

Eyni sinifdə oxuyurdular, eyni ali məktəbi seçdilər – BANM

Eyni sinfin 4 məzunu Bakı Ali Neft Məktəbinə qəbul olub.
Yasamal rayonu, 158 nömrəli tam orta məktəbin 11 “Ç” sinfinin məzunları Tunar Novruzlu, Məhəmməd Xəlilli, Halə Bayramlı və Məzahir Hüseynzadə BANM tələbəsi adını qazanıblar.
Bu barədə BANM-nin rektoru Elmar Qasımov siosial media hesabında məlumat paylaşıb.
Onların qəbul olduqları bal və ixtisaslar:
Tunar Novruzlu 690,7 balla İnformasiya təhlükəsizliyi, Məhəmməd Xəlilli  673,3 balla Kompüter mühəndisliyi,
Halə Bayramlı  668 ball Maliyyə, Məzahir Hüseynzadə  608 bal – Biznesin idarə edilməsi fakültələrinə qəbul olublar.
Rektor Elmar Qasımov BANM-ni seçən tələbələri təbrik edib:
“BANM tələbəsi adını qazanan 4 gənci də təbrik edir, uğurlar arzulayırıq!”
JASMİN
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…